müqəddəs həqiqət

a gospel truth святая истина
müqavva
müqəvva kimi dayanmaq / oturmaq
OBASTAN VİKİ
Həqiqət
Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi. " Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür: Həqiqət — reallığın subyektiv dərk edilməsi. Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır. Həqiqət — Düzgünlük termininin sinonimi. Həqiqət — Həqiqətə uyğun gələn hər şey. Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır.
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az-əbcəd. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir".
Həqiqət (dəqiqləşdirmə)
Həqiqət
Həqiqət (qəzet)
Həqiqət (az-əbcəd. حقيقت‎) — gündəlik ictimai-siyasi və ədəbi qəzet. 1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.
Həqiqət Cavadova
Həqiqət Əliəşrəf qızı Cavadova (9 oktyabr 1939, Nuxa) — kimyaçı alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Texnika elmləri doktoru Cavadova Həqiqət Əliəşrəf qızı Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, neft-kimyaçı alim, Azərbaycan neftlərindən alınan yağların tədqiqi, onların əsasında müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, istehsalının təşkili sahələrində tanınmış mütəxəssisdir. Həqiqət Əliəşrəf qızı Cavadova 1939-cu il oktyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. H.Ə.Cavadova 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini kimyaçı ixtisası ilə bitirdikdən sonra həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir. H.Ə.Cavadovanın bilavasitə rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində ilk dəfə avtotraktor, teplovoz, stasionar, gəmi dizelləri və müxtəlif təyinatlı daxili yanma mühərriklərində istifadə olunan M-8B, M-63/12Г1, М-8Г1, М-12ВБ, М-10Г2, М-10Г2k, М-14Г2, М-10Г2ЦС, М-10В2, М-14В2, М-14ГБ, М-20Бп, М-16ИХП-3 markalı motor yağları yaradılmış, istehsalı “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institiutun “Aşqar” Təcrübi İstehsallı ilə Xüsusi Texnoloji Bürosunda təşkil edilmişdir. 1995-ci ildən başlayaraq müxtəlif illərdə (1995-2011) bir sıra motor yağları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Elmi İstehsalat Birliyi(EİB), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Kənd Təsərrüfatı Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı”MMC və digər qrumlarda tətbiq olunmuşdur. Bakı baza yağları əsasında işlənib hazırlanmış gəmi və stasionar dizellərində istifadə olunan M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur. М-10В2, və М-14В2 yağları isə MDB ölkələrinə ixrac edilib. Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl limanı və Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqları yerli xammal əsasında М-20В2Ф yağının sürtkü kompozisiyaları yaradılmışdır.
Həqiqət Rzayeva
Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür. Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür.
Yeni Həqiqət
"Yeni həqiqət" qəzeti (az-əbcəd. یݣی حقيقت‎) — 1911-ci ildə çıxmış gündəlik qəzet. 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s.
Həqiqət Əsgərzadə
Həqiqət Eyvaz qızı Əsgərzadə (4 fevral 1944, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016). Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir. Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur. Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.
Müqəddəs
Dini inancda müqəddəs – müstəsna dərəcədə müqəddəslik, Allaha yaxınlıq və ya bənzərlik dərəcəsinə malik olan şəxs. Ancaq müqəddəs termininin istifadəsi kontekstdən və məzhəbdən asılıdır. Katolik, Şərqi Pravoslav, Anqlikan, Antixalkidon Kilsələri və Lüteran doktrinasında Cənnətdəki bütün imanlı mərhumlar müqəddəs sayılır, lakin bəziləri daha böyük şərəfə və ya izzətə layiq hesab edilir. Rəsmi kilsədə tanınması və nəticədə ictimai ehtiram kultu, bəzi məzhəb müqəddəslərinə onların təsdiqindən sonra Katolik Kilsəsində kanonizasiya və ya Şərqi Pravoslav Kilsəsində izzətləndirmə prosesi vasitəsilə verilir. Vikianbarda Müqəddəs ilə əlaqəli mediafayllar var.
Həqiqət (teleserial, 2018)
Həqiqət (isp. La verdad) — 2018-ci ildən istehsalına başlanılan İspaniya triller teleserialıdır. İlkin olaraq teleserialın 2016-cı ildən Telecinco telekanalında yayımlanması planlaşdırılsa da, sonradan onun istehsalı təxirə salınmışdır. Mediaset España tərəfindən keçirilmiş mətbuat konfransında serialın yayımına 2018-ci ilin 14 fevralından başlanacağı elan edilmiş, lakin müxtəlif səbəblərdən həmin tarix də təxirə salınmışdır. 21 may 2018-ci ildə teleserialın İspaniyada yayımına başlanmış, 25 may 2018-ci ildən isə Canale 5 telekanalı serialın İtaliyada yayımına start vermişdir.
Həqiqət Rzayeva küçəsi
Həqiqət Rzayeva küçəsi — Bakının tarixi küçəsi. İçərişəhər tarixi rayonunda yerləşir. Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Həqiqət Rzayevanın şərəfinə layiq görülmüşdür. Köhnə adı - Varvarinskaya, Sovet dövründə (1939-cu ildən 1992-ci ilədək) Menjinskoqo adını verilib. 1860-cı ildə qədim şəhərin dəniz kənarından olan qala divarı sökülüb və azad meydanlar yeni evlərlə tikilmişdir. 1967-ci ildən 1996-cı ilədək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi köhnə karvansarada (ev 9) yerləşmişdir. 1 - Xan karvansara 3 və 11 - yerli əhəmiyyətli memarlıq abidələri elan edilmişdir. 9 - Karvansaray-teatr "Muğam" Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Ичери-шехер.
Həqiqət Yolu qəzeti
Həqiqət İşığı Mükafatı
Həqiqət İşığı Mükafatı — təqribən hər il tibetlilər üçün demokratiya və insan hüquqlarının inkişafını istəyən qeyri-hökumət təşkilatı — Tibet üçün Beynəlxalq Kampaniya tərəfindən verikən insan hüquqları mükafatıdır. Mükafat 1995-ci ildən bəri XIV Dalay Lama tərəfindən şəxsən qəbul edənlərə təqdim edilir.
Yeni həqiqət (qəzet)
"Yeni həqiqət" qəzeti (az-əbcəd. یݣی حقيقت‎) — 1911-ci ildə çıxmış gündəlik qəzet. 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s.
Həqiqət (qəzet, 1909-1910)
Həqiqət (az-əbcəd. حقيقت‎) — gündəlik ictimai-siyasi və ədəbi qəzet. 1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.
Həqiqət sorağında (film, 2017)
Həqiqət sorağında — tammetrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, Əməkdan incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunmuşdur. Film görkəmli Azərbaycan bəstəkarı Rauf Əliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Bəstəkarın vokal və simfonik musiqi əsərləri, mahnıları, kino musiqiləri haqda onun yaxınları və dostları maraqlı faktlarla bölüşürlər. Filmdə bəstəkarın əsərləri eşidilir, onun işlədiyi filmlərdən epizodlar da əks etdirilir.
Mütləq həqiqət (film, 2016)
Mütləq həqiqət və ya Vəkil (ing. The Whole Truth) — Kortni Hantın rejissorluğu ilə 2016-cı ildə çəkilmiş olan triller filmidir. Filmdə baş rolu Kianu Rivz ifa etmişdir. == Süjet xətti == Riçard Ramsey (Kianu Rivz) zəhmətkeş bir vəkildir və ona həvalə olunmuş yeni işdə Mayk Lastir adlı 17 yaşlı oğlanı ona qarşı irəli sürülən ittihamlara qarşı müdafiə etməlidir. Oğlana qarşı irəli sürülmüş ittihamlar arasında oğlanın zəngin hüquqşünas atasını öldürməsi iddiası da vardır. Daha sonra Ramsey özünün də iştirak etmiş olduğu bu qətl hadisəsində oğlanı müdafiə etmək üçün digər insanların köməyinə möhtac olduğunu hiss edir. == Rollarda == Kianu Rivz müdafiə tərəfinin vəkili Riçard Ramsey rolunda Rene Zellveqer - Maykın anası Loretta Lassiter rolunda Ququ Mbata-Rou (ing. Gugu Mbatha-Raw) gənc hüquqşünas Canel Bredi (ing. Janelle Brady) rolunda Qabriel Basso, atasını öldürməkdə şübhəli bilinən on yeddi yaşlı Mayk Lassiter rolunda Ceyms Beluşi (ing. Jim Belushi), Maykın kobud atası Bon Lassiter (ing.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Müqəddəs Georgi
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Müqəddəs Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir. Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar. Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.